23 noyabr 2012 00:46
İqor Mitreski: İkinci qolu vurmaq lazım idi
“Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz yaxşı oynadıq və layiqli qələbə qazandıq. Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki, ikinci qolu vurmağa borclu idik. Əvəzində ikinci hissəyə çox pis başladıq və nəticədə qələbəni əldən verdik”.
