23 noyabr 2012 13:35

Rəşad Sadiqov: Kimlərsə bu nəticəni faciə saya bilər

“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun barədə nə deyə bilərsiz?
- Bilirdik ki, çətin və aqressiv oyun olacaq. İlk oyunda da belə idi, cavab görüşündə də belə oldu. Bakıda qələbə qazanmağı çox istəyirdik. Bunun üçün kifayət qədər qol epizodu da yaratdıq. Amma təəssüf ki, bunların yalnız birindən yararlana bildik.
 
- Eyni zamanda rəqib də qapınıza yol tapdı...
- Rəqib komanda cəmi bir normal qol epizodu yaratdı, onu da reallaşdırdı. Belə şeylərdə təcrübə də öz sözünü deyir. Bu gün də göründü ki, “Partizan” bizimlə müqayisədə daha təcrübəlidi.
 
- Ev oyunundan heç-heçəni necə qəbul edirsiz?
- Kimlərsə bu nəticəni faciə kimi qəbul edə bilər. Bu, onların öz işidi. Təbii ki, biz də qələbə qazana bilməməyimizə təəssüflənirik. Çünki buna çox yaxın idik. Mən isə belə bir qrupda iki xal toplamağımızı normal hesab edirəm. Bütövlükdə, nəticəni pis saymaq olmaz.
 
- Mahir Şükürovla Erik Ramosun yoxluğu hiss olunurdu?
- Nəzərə alsaq ki, komandamızda futbolçu sayı onsuz da azdı, hər bir itki bizim üçün ciddi təsirə malikdi.
 
- Bu oyunda da futbolçular arasında münaqişə qaçılmaz oldu...
- Bu, normaldı. Belqradda da Stamenkoviçin üstünə düşmüşdülər. Burda da oxşar addımı atmaq istəyirdilər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.