23 noyabr 2012 00:53
Saşa Stamenkoviç: Mitroviç klassik hind toyuğudu
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyundan sonra Aleksandr Mitroviçlə aralarındakı insidentdən danışıb. Azerisport.az xəbər verir ki, o, Serbiya mətbuatına müsahibəsində 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mitroviçin meydandan niyə qovulduğunu bilmirəm. Amma o, klassik hind toyuğudu. Mənim digər futbolçularla problemim olmadı. İstəsəz, mənim onlarla necə salamlaşdığımı özlərindən soruşun”.
