23 noyabr 2012 02:35
Saşa İliç: Aleksandr Mitroviç düz hərəkət etmədi
Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:
“Şadam ki, karyeramda 600-cü oyunumu keçirdim. Biz bu oyunun ikinci hissəsində rəqibdən daha yaxşı oynadıq. Mənə elə gəlir ki, Aleksandr Mitroviç düz hərəkət etmədi. Ümumiyyətlə, onun reaksiyası mənim üçün anlaşılmaz qaldı”.
