23 noyabr 2012 14:48
Mitreski: Qrupda üçüncü və ya dördüncü yeri tutmaq arasında ciddi fərq yoxdu
“Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiz?
- Pis oyun olmadı. Vaxtında qol vura bildik. Ondan sonra daha bir neçə yaxşı qol imkanımız oldu. Onları dəyərləndirmək lazım idi. İkinci hissəyə pis başladıq. 15-20 dəqiqə rəqib oyunda üstünlüyə malik oldu. Biz yalnız hesab bərabərləşəndən sonra yenidən təşəbbüsü ələ aldıq. Amma qələbə qolunu vurmağı bacarmadıq.

- Nəticə sizi qane edir?
- Bir xal azdı. Amma əsas odu ki, uduzmadıq. Halbuki, qələbə də qazanmağa çox yaxın idik.
- Saşa Stamenkoviçlə Aleksandr Mitroviç arasındakı münaqişəyə ən yaxın olanlardan biri siz idiniz. Orda nə baş vermişdi?
- Nə baş verdiyini bilmirəm. Amma onlar serb dilində mübahisə edirdilər. Görünür, Mitroviç daha fəal idi. Ona görə də baş hakim onu meydandan qovdu. Məncə, o, söyüş söydüyü üçün qırmızı vərəqə aldı.
- Nə baş verdiyini bilmirəm. Amma onlar serb dilində mübahisə edirdilər. Görünür, Mitroviç daha fəal idi. Ona görə də baş hakim onu meydandan qovdu. Məncə, o, söyüş söydüyü üçün qırmızı vərəqə aldı.
- Rəqibin 17 dəqiqə ərzində azlıqda oynaması qələbə ümidlərimizi artırmışdı...
- Belə fəal müdafiə olunan komandaya qol vurmaq çətin idi. Həm də “Partizan” yaxşı komandadı. Bütövlükdə, biz oyunun taleyini daha tez həll etməyə borclu idik. Bunu matçın sonuna saxlamaq lazım deyildi. Fikrimcə, azacıq bəxt də çatışmadı.
- Bəlkə komanda elə minimal hesablı üstünlüyü qorumağı düşünürdü...
- Biz özümüz müdafiədə oynamağı xoşlamırıq. Sadəcə, rəqib fasilədən sonra təzyiqi artırdığı üçün müdafiə haqda düşünmək məcburiyyətində qalmışdıq.
- Qələbəni əldən verməyinizə görə təəssüflənmirsiz?
- Əlbəttə, təəssüflənirik. Qrup mərhələsində ilk qələbəmizi qazanmağı çox istəyirdik.
- Qrup mərhələsini sonuncu pillədə bitirmək ehtimalınız var...
- Əgər qrupdan çıxa bilmiriksə, üçüncü və ya dördüncü yeri tutmaq arasında ciddi fərq yoxdu. Yəqin ki, Milanda “İnter”dən xal almağımız çox çətin olacaq. Hər halda çalışacağıq. Qrup mərhələsini üçüncü yerdə bitirmək daha yaxşı olardı.