23 noyabr 2012 14:34
Bakının forvardı Panatinaikos yolunda
“Bakı”nın hücumçusu Vangelis Mantios özünə yeni klub axtarmağa davam edir. Azerisport.az xəbər verir ki, o, qışda Yunanıstan klublarından birinə qayıda bilər.
Sözügedən ölkə mətbuatının yazdığına görə, “Panathinaikos” hazırda hücumçu axtarışındadı. Maraq üçün qeyd edək ki, “Bakı”nın forvardı 2005- 2011 illər aralığında məhz bu komandada çıxış edib.
Sözügedən ölkə mətbuatının yazdığına görə, “Panathinaikos” hazırda hücumçu axtarışındadı. Maraq üçün qeyd edək ki, “Bakı”nın forvardı 2005- 2011 illər aralığında məhz bu komandada çıxış edib.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
