23 noyabr 2012 14:18

“Azərbaycan infrastruktur baxımından Gürcüstan klublarını xeyli qabaqlayır”

Təlim-məşq məqsədi ilə Qəbələdə səfərdə olan Tiflis “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi Levan Kvantseladze fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ilk oyunda “Qəbələ”yə 2:0 hesabilə qalib gələn komandanın rəhbəri bu səviyyədə rəqib gözləmədiyini söyləyib:
 
“İlk matç maraqlı alındı. İki güclü komanda üz-üzə gəldi. Qalib gəlməyimizə baxmayaraq komandamın çıxışından razı qalmadım. Futbolçular bacarıqlarını tam ortaya qoya bilmədilər. Bunu uzun yol gəlməyimizlə əlaqələndirərdim. Düşünürəm ki ikinci oyunumuz daha maraqlı alınacaq. O ki qaldı “Qəbələ”yə rəqibin oyun üslübunu və ümumilikdə komandanı çox bəyəndim. Bu cür güclü rəqib gözləmirdim. Çox distiplinli, komplekt kollektiv formalaşdırılıb”.
 
Kvantseladze Qəbələyə heyran qaldığını da gizlətməyib: “Qəbələdə futbol oynamaq üçün hər cür şərait var. Meydançaları, ot örtüklərini çox bəyəndim. Çox istərdik ki, Gürcüstanda klubların bu cür bazası olsun. İnfrastruktur baxımından Gürcüstan klublarını xeyli qabaqlayırsınız. Futbolçularım Qəbələni İngiltərəyə bənzədirlər – gözəl təbiət, duman və super meydançalar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.