23 noyabr 2012 18:54
Abdulla Abatsiyev: Bizə geri çəkilmək olmaz
“Simurq”a qarşı bizi çox çətin oyun gözləyir. İşimizi çətinləşdirən fakt odu ki, bu oyunda komandanın iki əsas mərkəz müdafiəçisi – Vladimir Levin və Brüs Abdulaye oynamayacaq. Lakin “Simurq”un da itkiləri var”.
Azerisport.az xəbər verir ki, bu sözləri “İnter”in futbolçusu Abdulla Abatsiyev deyib.
Gənc yarımmüdafiəçi turnir cədvəlindəki mövqelərini itirmək istəmir: “Biz turnir cədvəlində birinci yerdəyik və geriyə çəkilmək olmaz. Axı “İnter”in müvəffəqiyyətsizliyindən rəqiblərimiz yararlanmağa çalışacaqlar. Hər matçın böyük sınaq olduğu çox maraqlı mövsüm yaşayırıq”.
