23 noyabr 2012 19:12
Avroliqanın təxirə salınan matçı nə vaxt keçiriləcək?
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 5-ci turundan təxirə salınan “Hapoel” (Kiryat Şmona, İsrail) – “Athletic” (İspaniya) oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA qarşılaşmanın noyabrın 28-də keçirilməsinə qərar verib.
Matçı Hayfada keçiriləcək və yerli vaxtla saat 21:05-də başlayacaq.
Qeyd edək ki, bu oyun dünən keçirilməli idi. Amma İsraildə baş verən partlayışlar qarşılaşmanın təxirə salınması ilə nəticələnmişdi.
