24 noyabr 2012 00:05

“Azlıqda qalmasaydıq, biz Neftçiyə qalib də gələ bilərdik”

Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Milan Smilyaniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:

“Crvena Zvezda” ilə oyunda olduğu kimi, “Neftçi” ilə görüşdə də oyunumuz fasilədən sonra dəyişdi. Bundan əvvəlki oyunda fasilədən sonra pis çıxış etməklə yadda qalmışdıqsa, bu dəfə yaxşı oynamağı bacardıq. Heç birinci hissədə də pis oynadığımızı düşünmürəm. Amma 10-cu dəqiqədə buraxdığımız erkən qol oyunumuza təsirsiz ötüşmədi. Həm də “Neftçi” birinci hissədə daha yaxşı oynadı. Elə bir təəssürat yaranmışdı ki, futbolçularımızın hamısı matçın başa çatmasını gözləyir. Amma buna baxmayaraq, ikinci hissəyə daha yaxşı başlamağa nail olduq. Ardıcıl qol epizodları yaratmağa başladıq və nəticədə hesabı bərabərləşdirdik. Lakin qırmızı vərəqə planlarımızı korladı. Baxmayaraq ki, “Neftçi” bundan istifadə edə bilmədi. Azlıqda qalmağımıza çox məyus oldum. Fikrimcə, bu olmasaydı, biz qələbə də qazana bilərdik. Aleksandr Mitroviç ağıllı oğlandı. Düzdü, gəncdi, təcrübəsizdi. Hər halda o, səhvini başa düşür və etiraf edir. Əsas odu ki, bu qırmızı vərəqə nəticəyə təsir göstərmədi. Əminəm ki, Mitroviçi həmin epizodda təxribata çəkdilər. O, təkcə “Partizan”ın yox, Serbiya futbolunun gələcəyidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.