24 noyabr 2012 00:23
“Mitroviçin Neftçi ilə oyundakı hərəkəti xoşuma gəlmədi”
Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçənin ardından bunları dilə gətirib:
“İlk növbədə onu qeyd etmək istərdim ki, “Partizan”da 600-cü oyunumu keçirdiyim üçün şadam. Bakıda iki fərqli hissə keçirdik. Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Aleksandr Mitroviç meydandan qovulmasaydı, hər şey daha fərqli nəticələnə bilərdi. Onun meydandan qovulması mənim xoşuma gəlmədi. Bu, artıq hərəkət idi. Bunlar gələcəkdə təkrarlanmamalıdı. Biz son oyunumuzu evdə “Rubin”ə qarşı keçirəcəyik. Çalışacağıq ki, qrup mərhələsindəki ilk qələbəmizi rəsmiləşdirək”.
