24 noyabr 2012 00:45
İnterin müdafiəçisi Neftçiyə qarşı oynaya bilməyəcək
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək son tur öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Milan klubunun müdafiəçisi Matias Silvestre Azərbaycan çempionu “Neftçi”yə qarşı ev oyununda forma geyə bilməyəcək.
Buna səbəb argentinalı futbolçunun sarı vərəqə limitini doldurmasıdı. O, Rusiyanın “Rubin” klubu ilə səfər oyununda növbəti sarı vərəqə ilə cəzalandığından, növbəti oyunu buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu dekabrın 9-da Milanda keçiriləcək.
