24 noyabr 2012 18:36
Millimizin forvardı oynamadı, komandası qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 13-cü turu çərçivəsində “Kartalspor”la qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma Cihanın komandası daha uğurlu çıxış edərək, bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Bu görüşdə Cihan yenə forma geyməyib. Baş məşqçi Osman Özköylü ona şans verməyib. Qeyd edək ki, Özkaranın komandası geridə qalan 13 oyuna topladığı 27 xalla birinci yerdə gedir.
PTT birinci liqası
13-cü tur
24 noyabr
Kartalspor – Erciyesspor - 1:3
