24 noyabr 2012 19:50
Cavid Hüseynov oynadı, komandası qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 13-cü turu çərçivəsində “Gaziantep BB” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma rəqib meydanında keçirilirdi. Adana təmsilçisi bu görüşdən qalib ayrılıb - 2:1.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Mustafa Uğur ona bu dəfə ilk dəqiqələrdən şans verib. Lakin həmyerlimiz 68-ci dəqiqəyə qədər meydanda olub və Bilal Çubukçu ilə əvəzlənib.
“Adana Demirspor” hazırda 20 xalla 18 komanda arasında 6-cı yerdədi.
Türkiyə PTT birinci liqası
13-cü tur
24 noyabr
Gaziantep BB - Adana Demirspor - 1:2 (0:1)
