24 noyabr 2012 00:12

Zirvə döyüşü, derbi və qisas şansı

Bu gün və sabah Topaz Premyer Liqasında 14-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun üç qarşılaşması ilk, qalan üç görüşü isə ikinci oyun günündə baş tutacaq.
 
Gəncədə “Kəpəz” “Xəzər Lənkəran”la üz-üzə gələcək. Meydan sahibləri turnir cədvəlinin son pilləsində qərarlaşdığından, bu qarşılaşmada da favorit hesab olunmur. Amma əks düşərgədə də vəziyyət qənaətbəxş deyil. Karles Bakesin gəlişindən sonra ilk oyununda “Bakı”ya uduzan “ağ-yaşıllar” ispaniyalı mütəxəssislə birinci zəfərini Gəncədə qazanmaq iddiasındadı. Bu oyunda da xal itirəcəyi halda cənub təmsilçisi ilk altılıqdan kənar qala bilər. Xatırladaq ki, ilk dövrədə Lənkəranda keçirilmiş görüşdə meydan sahibləri 4 cavabsız qolla qalib gəlmişdilər. İndi gəncəlilər həmin darmadağının qisasını ala bilərlər

Lider “İnter”in əsas izləyicisi olan “Qarabağ” “Turan”la qarşılaşacaq. Ağdam klubu qarşılaşmanın əsas favoritidi. Ən azı ona görə ki, Qurban Qurbanovun komandası səviyyə baxımından rəqibindən daha üstündü. Eyni zamanda son turda “İnter”ə məğlub olmuş Əfqan Talıbovun yetirmələri bu dəfə də səfərdə mübarizə aparmalı olacaq. Ağdamlılar liderlər qrupundakı mövqeyini gücləndirmək üçün bu görüşdən mütləq qalib ayrılmağa çalışacaq. Tovuz təmsilçisi isə hətta 1 xal qazanmasına da sevinə bilər. Baxmayaraq ki, onlar ilk dövrədə bu rəqibinə minimal hesabla uduzmuşdular.
 
Nəhayət, ilk oyun gününün son matçında “Simurq” “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırkı turnir vəziyyətini nəzərə alsaq, bu qarşılaşma turun mərkəzi oyunu hesab olunur. Çünki paytaxt təmsilçisi hazırda 23 xalla vahid liderdi. Zaqatala klubu isə “Qarabağ”la birgə “bankirlər”in cəmi 3 xal gerisindədi. Georgi Çixradzenin yetirmələri bu vacib qarşılaşmada qələbə qazanmaqla zirvəyə şərik olmaq iddiasındadı. Doğma meydanda çıxış etməsi zaqatalalıların şanslarını artıran məqamlardandı. Bu komanda Bakıda keçirilən səfər matçında məğlub olduğundan (0:1), indi həmin yenilginin qisasını almağa çalışacaq.
 
Daha bir prinsipial görüş “Bakı” ilə “Neftçi” arasında keçiriləcək. Bu, komandaların cari mövsümdəki ilk duelidi. Çünki birinci dövrədəki görüş təxirə salınmışdı. Son ölkə çempionu bir neçə gün öncə Avropa Liqasında Serbiya “Partizan”ı ilə oyunda qazana bilmədiyi qələbəni “zolaqlılar”la görüşdə rəsmiləşdirməyə çalışacaq. Amma bu, heç də asan başa gəlməyəcək. Məsələ burasındadı ki, “Bakı” son turda “Xəzər Lənkəran” üzərindəki qələbə ilə komanda daxilində yaxşı atmosfer yaratmağa nail olub. Baxmayaraq ki, bu komanda hələ də autsayderlər sırasındadı. Məhz bu üzdən Bojidar Bandoviçin yetirmələri daha bir iddialı rəqibindən xal almaqla turnir vəziyyətini daha da yaxşılaşdırmaq istəyir. Hər halda komandalar hazırda tam fərqli qütblərdə yer alsalar da, paytaxt derbisinin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi dəqiqdi.

AZAL bu tur “Sumqayıt”la üz-üzə gələcək. Birinci dövrədə, bir qədər də dəqiqləşdirsək, mövsümün açılış turunda bu komandalar xalları yarı bölmüşdülər – 2:2. Vaqif Sadıqovun komandası doğma meydanda çıxış etməsindən istifadə edərək, həm ilk turdakı, həm də son dövrlərdəki uğursuzluqları qələbə ilə unutdurmağa çalışacaq. “Təyyarəçilər”in ilk altılığa qayıtmaq üçün başqa yolu yoxdu. Elə Sumqayıt təmsilçisi də aşağı pillələrə yuvarlanmamaq üçün məğlub olmamalıdı.
 
Son turların yüksəlişdə olan komandaları - “Rəvan”la “Qəbələ” paytaxtda qarşılaşacaq. Kemal Alispahiçin yetirmələri ilk altılığa daha da yaxınlaşmaq üçün ev oyunundan mütləq qalib ayrılmalıdı. Elə Ramiz Məmmədovun komandası da favoritlər qrupundakı mövqeyini qorumaq üçün səfərdən 3 xalla dönməyi hədəfləyib. Bu görüş qonaqlar üçün həm də qisas xarakteri daşıyır. Çünki birinci dövrədə Qəbələdə baş tutan qarşılaşmada “aslanlar” 3:1 hesablı qələbə qazanmışdılar. İndi Məmmədovun yetirmələri həmin yenilginin qisasını almağa çalışacaqlar.

Topaz Premyer Liqası
14-cü tur
24 noyabr (şənbə)
 
14:00. Kəpəz – Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə. Şəhər stadionu.
 
14:00. Qarabağ – Turan
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
15:00. Simurq – İnter
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
Zaqatala. Şəhər stadionu.
 
25 noyabr (bazar)
 
14:20. Bakı – Neftçi
Hakimlər: Elçin Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
16:00. AZAL – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. AZAL Arena.
 
18:00. Rəvan – Qəbələ
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Bayıl Arena.
 
1 İnter 12 6 5 1 13 5 +8 23
2 Qarabağ 13 5 5 3 17 14 +3 20
3 Simurq 13 5 5 3 15 9 +6 20
4 Qəbələ 13 5 4 4 15 14 +1 19
5 Neftçi 10 6 0 4 24 13 +11 18
6 XL 12 4 4 4 17 11 +6 16
7 AZAL 12 4 4 4 16 13 +3 16
8 Rəvan 13 4 4 5 13 18 –5 16
9 Turan 13 4 3 6 13 18 –5 15
10 Sumqayıt 13 3 4 6 11 26 –15 13
11 Bakı 11 2 7 2 10 8 +2 13
12 Kəpəz 13 2 3 8 8 23 –15 9
 
Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi).
8 - Franko Nildo (AZAL).
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ), Julius Vobay (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.