24 noyabr 2012 16:55
İnter ilk dəfə Simurqa uduzdu, XL qazandı, Qarabağ xal itirdi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 14-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Gəncədə “Kəpəz” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Qonaqlar yeni baş məşqçisi - Karles Bakesin rəhbərliyi altında ilk qələbəyə seviniblər. Lider “İnter”in əsas izləyicisi olan “Qarabağ” “Turan”la qarşılaşmadan xala itkisi ilə ayrılıb. Nəhayət, günün son matçında “Simurq” lider “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Zaqatala klubu ilk dəfə çempionat oyununda "İnter"ə qalib gəlib.
Topaz Premyer Liqası
14-cü tur
24 noyabr (şənbə)
SİMURQ – İNTER - 1:0 (0:0)
Qol: Popoviç, 56 (1:0)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Popoviçin təxminən 25 metrdən zərbəsi qapıdan yan keçir
"Simurq" ilk dəqiqələrdən daha fəaldı
Mübarizə daha çox meydanın mərkəzində gedir
Tsxadadzenin hesabı açmasına son anda imkan verilmir
Burhardın zərbəsi qapının üstündən keçir
Popoviçin zərbəsi qapıdan azca yan keçir
Oyun yenə daha çox mərkəzdə top uğrunda mübarizə ilə diqqət çəkməyə başlayıb
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra təzyiqi artıran meydan sahibləri nəhayət ki, istəklərinə çatırlar. Popoviç dəqiq zərbə ilə hesabı açır - 1:0
M.Səttarlı da qol vurmağa yaxın idi. Amma bundan yararlana bilmir
Zdravko daha bir qol vurmağa yaxın olsa da, bu dəfə zərbəsi dəqiq olmur
"İnter" təşəbbüsü ələ almağa, hücum qurmağa çalışsa da, istəyinə çata bilmir
Abatsiyevin təhlükəli cərimə zərbəsini qapıçı dəf edir
Georgiyevskinin əla zərbəsi qapıdan yan keçir
Matç başa çatdı
SİMURQ: 22. David Petzkeviç, 3. Rasim Ramaldanov (k), 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 19. Nicat Qurbanov, 35. Məhəmməd Alıyev, 24. Mehman Məmmədov, 20. Rəşad Eyubov, 4. Dilaver Zrnanoviç, 23. Arzuman Nəsibov.
İNTER: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze (k), 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 13. Coşqun Diniyev, 29. Ruslan Cəfərov, 77. Ramil Mansurov, 87. Azər Salahlı.
KƏPƏZ – XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
Qol: B.Subaşiç, 10-pen (0:1).
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
XL topa daha çox nəzarət edir
Əmirquliyevin zərbəsi dəqiq alınmır
Branimir Subaşiç penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı açır - 0:1
"Kəpəz" hesabda geri olsa da, tam olaraq üstünlüyə yiyələnib
Subaşiç dubl etməyə yaxın olsa da, zərbəsi yan keçir
Soltanovun zərbəsi qapının üstündən keçir
Svejentsevin başla zərbəsi hədəfdən yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Kəpəz" fasilədən sonra da üstün oyun sərgiləməkdədi
Svejentsevin zərbəsi dəqiq olmur
Meydan sahiblərinin fəallığı heç bir bəhrə vermir
Feutçin qapıya dəqiq zərbə endirə bilmir
Skarlatakenin vuruşunda top qapıdan yan keçir
Matç başa çatdı
KƏPƏZ: 16. Xəyal Zeynalov (k), 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli, 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 19. Atin Abdullayev, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 11. Ziyabil Məmmədov, 30. Yuri Fomenko, 17. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 23. Vüqar İbrahimov, 20. Emin Əliyev.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 20. Elnur Cəfərov, 3. Vanderson Skarduelli, 11. Dimitrios Sialmas.
QARABAĞ – TURAN - 1:1 (0:0)
Qollar: S.Ballo, 69 (0:1), V.Cavadov, 85 (1:1)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. "Turan" heç də müdafiə olunmur və hələlik meydanda bərabər səviyyəli mübarizə gedir
15. "Qarabağ"ın hücumları bəhrə vermir
17. "Turan" az qala hesabı açacaqdı. Amm korner zamanı başla vurulan zərbə qapı çatından qayıdır
20. Geridə qalan dəqiqələrdə komandalar demək olar ki, bərabər mübarizə ilə yadda qalıblar
27. R.Almeydanın zərbəsi dəqiq olmur
31. "Qarabağ"ın təhlükəli hücumu yalnız kornerlə nəticələnir. Künc zərbəsindən heç bir nəticə yoxdu
35. "Turan" korner vuruşundan yararlana bilmir
38. "Qarabağ"ın künc zərbəsindən qol vurmaq istəyi alınmır
41. Meydan sahibləri qola çox yaxın olsalar da, həlledici zərbə uğursuz alınır
42. Nadirovun zərbəsini qapıçı çətinliklə də olsa, tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Qarabağ" korner qazansa da, qola çevirə bilmir
55. Meydan sahibləri çox təhlükəli hücum qursa da, yenə əlverişli vəziyyətdə qol vurmağı bacarmırlar
60. N.Yusifovu V.Cavadov əvəzləyir
66. "Qarabağ"da V.Nadirovu Ə.İsmayılov, "Turan"da isə H.Əliyevi S.Ballo əvəzləyir
69. Qonaqların əks-hücumu zamanı yenicə meydana çıxan Ballo topu qapıçının başı üzərindən tora qovuşdurur - 0:1
72. B.Nəsirov sarı vərəqə ilə cəzalanır
73. M.Medvedevi İ.Qurbanov əvəzləyir
76. E.Günlü də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
78. İ.Qurbanov Aqollinin təhlükəli ötürməsini qola çevirə bilmir
81. Rukavina sarı vərəqə alır
82. V.Cavadovun çox təhlükəli cərimə zərbəsini qapıçı kornerə çıxarır. Korner bəhrəsizdi
83. E.Günlünü N.Kvirtiya əvəzləyir
85. "Qarabağ" hesabı bərabərləşdirir. Tovuzlu futbolçular Cavadovun cərimə zərbəsindən sonra topu uzaqlaşdıra bilmirlər - 1:1
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Ağdamlıların çox təhlükəli hücumu zamanı qapıçı qonaqları qoldan xilas edir
90+3. "Qarabağ" daha bir inanılmaz qol şansını boşa verir
90+6. M.Kazlauskas və M.Muarem sarı vərəqə alır
90+7. F.Quliyev də sarı vərəqə alır
Oyun başa çatdı
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 22. Əfran İsmayılov, 18. İlqar Qurbanov, 70. Vaqif Cavadov.
TURAN: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 21. Antonio Rukavina, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 9. Murad Ağakişiyev, 19. Asəf Qədiri, 22. Salif Ballo, 23. İrakli Beraya, 25. Nuqzar Kvirtiya, 17. Fərmayıl Əliyev.
Turun qalan oyunları sabah keçiriləcək: Bakı – Neftçi, AZAL – Sumqayıt, Rəvan – Qəbələ.
| 1 | İnter | 13 | 6 | 5 | 2 | 13 | 6 | +7 | 23 |
| 2 | Simurq | 14 | 6 | 5 | 3 | 16 | 9 | +7 | 23 |
| 3 | Qarabağ | 14 | 5 | 6 | 3 | 18 | 15 | +3 | 21 |
| 4 | Qəbələ | 13 | 5 | 4 | 4 | 15 | 14 | +1 | 19 |
| 5 | XL | 13 | 5 | 4 | 4 | 18 | 11 | +7 | 19 |
| 6 | Neftçi | 10 | 6 | 0 | 4 | 24 | 13 | +11 | 18 |
| 7 | AZAL | 12 | 4 | 4 | 4 | 16 | 13 | +3 | 16 |
| 8 | Rəvan | 13 | 4 | 4 | 5 | 13 | 18 | –5 | 16 |
| 9 | Turan | 14 | 4 | 4 | 6 | 14 | 19 | –5 | 16 |
| 10 | Bakı | 11 | 2 | 7 | 2 | 10 | 8 | +2 | 13 |
| 11 | Sumqayıt | 13 | 3 | 4 | 6 | 11 | 26 | –15 | 13 |
| 12 | Kəpəz | 14 | 2 | 3 | 9 | 8 | 24 | –16 | 9 |
Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi).
8 - Franko Nildo (AZAL).
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ), Julius Vobay (Neftçi).
