23 noyabr 2012 00:08
Yunis Hüseynov: Öncədən də demişdim ki, Xəzər Lənkərana əcnəbi baş məşqçi gətirilməlidi
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov bu komandaya ispaniyalı Karles Bakesin gətirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən öncədən də demişdim ki, “Xəzər Lənkəran”a əcnəbi baş məşqçi gətirilməlidi. Çünki klubdakı hazırkı durum məhz bunu tələb edirdi. Amma konkret səbəblərini açıqlamaq istəmirəm. Belə də oldu. Bakesin öz işinin öhdəsindən nə dərəcədə layiqincə gələcəyini deyə bilmərəm. Amma ona işlərində uğurlar arzulayıram”.