23 noyabr 2012 11:53

Saşa Stamenkoviç: Onun başında problem var

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubuna qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. Serbiyalı qolkiper həmyerliləri ilə görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Erkən qol vurmağı bacardıq. Ondan sonra daha bir neçə real qol şansımız oldu. Amma təəssüf ki, bunlardan yararlana bilmədik.
 
- İkinci hissə “Neftçi”nin oyunu qətiyyən alınmadı...
- Bəli, ilk yarıya daha yaxşı başlamışdıq. Amma fasilədən sonra hər şey bizim istədiyimiz kimi getmədi. Nəticədə də rəqib buna görə bizi cəzalandırdı.
 
- Qoldan sonra Aleksandr Mitroviç sizə tərəf qaçıb nəsə dedi...
- Onun hərəkətləri mənim üçün anlaşılmaz qaldı. Hələ oyundan öncə hamıyla normal salamlaşmışdım. Elə Mitroviçlə də. Amma görünür onun başında problem var.

- Mitroviç eyni zamanda meydandan qovularkən də sizə xoşagəlməz jestlə yadda qaldı...
- Onun bununla nə demək istədiyini bilmirəm. Ümumiyyətlə bu adamla münasibətlərimdən danışmağa sözüm yoxdu. Mənim heç vaxt “Partizan”ın rəhbərliyi və ya futbolçuları ilə belə problemlərim olmayıb. Onları bir xal qazanmaları münasibətilə təbrik edirəm. Rəqibi də çox yaxşı qəbul etdik.
 
- Mitroviçin nömrəsini tapıb, onunla bu məsələni Belqradda danışmağa hazırlaşmırsız?
- Mən Belqradda ancaq yaxşı insanlarla dostluq edirəm.
 
- Oyundan öncə qol buraxmayacağınıza söz vermişdiniz...
- Hərdən belə olur...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.