24 noyabr 2012 16:48
Karles Bakes ilk qələbəsini şərh etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin ispaniyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın oyunu xoşuma gəldi. İlk dəqiqələrdən oyunu ələ almağa çalışdıq, 11 metrlik cərimə zərbəsi qazandıq, qol vurduq və oyunun sonuna kimi hesabı qoruya bildik. Komandam oynamaq və əzmkarlıq göstərmək istəyirdi. “Xəzər Lənkəran” azarkeşlərini və komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
