24 noyabr 2012 17:02
Mahmud Qurbanov: Kəpəzin oyunu heç xoşuma gəlmədi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 14-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın oyunu heç xoşuma gəlmədi. Həmişəki kimi qapıçımızın səhvindən sonra qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Əsasən gənc futbolçulara üstünlük verdim. Premyer Liqada oynayan oyunçular bilməlidilər ki, burada güzəşt yoxdur. Futbolçular vuruşmalı və özlərini göstərməlidirlər. Komandam axırıncı yerdədir, ev oyununda heç məğlub olmaq istəməzdim. İlk hissədə yaxşı oynamadıq, 2-ci hissədə isə futbolçular çalışdılar, qol epizodları yaratdılar, təəssüf ki, istifadə edə bilmədik”.
