24 noyabr 2012 17:44
Qurban Qurbanov: Onları qınaya bilmərəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan”ın çətin rəqib olduğunu bilirdik, bu oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, qələbə qazana bilmədik. Uşaqlar sonadək mübarizə apardı, onları qınaya bilmərəm. Rəqib komandanın futbolçuları oyunun vaxtını uzadaraq tempi aşağı salırdılar”.
