24 noyabr 2012 17:53
Çixradze İnter üzərindəki tarixi qələbədən danışdı
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 14-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın əzmkarlığından razı qaldım. Üç xal qazanmaq istəyirdik, buna nail olduq. Növbəti oyunların hamısında yaxşı çıxış etməliyik ki, altılqda yerimizi təmin edə bilək”.
