24 noyabr 2012 18:11
İnterin məşqçisi uduzduqları oyundan razı qaldı
“İnter”in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 14-cü turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamın oyunundan razı qaldım. Futbolçular yaxşı oynadı. İki oyunçumuz zədələndiyi üçün məcburi dəyişiklik etdim. Ona görə də oyunumuz tam alınmadı. “Simurq” yaxşı komandadır, qələbəyə layiq oyun nümayiş etdirdilər”.
