24 noyabr 2012 11:32

Topaz Premyer Liqası, 14-cü tur: Elxan Abdullayevin proqnozu

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı proqnozlarını dilə gətirib:

Kəpəz – Xəzər Lənkəran
“Xəzər Lənkəran”da ciddi itkilər var. Komandanın əsas vuran ayağına çevrilən Dimitris Sialmas olmayacaq. Üstəlik müdafiəçi Vanderson da komandasına kömək edə bilməyəcək. Eyni zamanda yeni baş məşqçinin hələ komandaya tam bələd olmadığını düşünürəm. Ona görə də mən hətta “Kəpəz”in autsayder olmasına rəğmən, bu görüşdə heç-heçə olacağı qənaətindəyəm. Çünki “Kəpəz” Gəncədə daha yaxşı çıxış edir.
 
Simurq – İnter
Hesab edirəm ki, bu oyunda heç bir sensasiya baş verməyəcək və “İnter” qalib gələcək.

Qarabağ – Turan
Əfqan Talıbovun gəlişindən sonra “Turan” ardıcıl xallar yığmağa başlayıb. Amma bu görüşdə üstünlük “Qarabağ”da olacaq. Hesab edirəm ki, ağdamlılar qarşılaşmanı qalib başa vuracaqlar.

AZAL – Sumqayıt
“Sumqayıt”ı ciddi komanda kimi qəbule etmirəm. “Neftçi”, “Bakı” kimi komandaları məğlub edən komanda sabit çıxışı ilə seçilməlidi. Onlar həmin qələbələrinin təsadüfi olmadığını isbatlamaq üçün öz oyunlarını daha yaxşılaşdırmalıdılar, daha böyük hesablarla uduzmamalıdılar. AZAL da xeyli müddətdi qələbə qazana bilmir. Qələbə qazananda da, buna böyük hesabla nail olurlar. Fikrimcə, elə bu matçda da AZAL böyük hesabla qalib gələcək.

Bakı – Neftçi
“Neftçi” “Partizan”la oyunu mümkün qədər tez unudub, bu görüşə köklənməliyəm. Təbii ki, komanda vaxtında bərpa prosesi keçə bilsə, üstünlük “ağ-qaralar”da olacaq. Amma burda yorğunluq amili də var. Fikrimcə, “Neftçi” optimal heyətlə meydana çıxa bilsə, qələbə qazanacaq.
 
Rəvan – Qəbələ
Qəbələlilər yaxşı sürət yığıblar, son üç oyundan qalib ayrılıblar. Kifayət qədər də yaxşı futbol sərgiləyirlər. Amma “Rəvan” ev oyunlarında bir qayda olaraq yaxşı çıxış edir. Bu oyunda isə bakılıların maksimum heç-heçə etməsini gözləyirəm. “Qəbələ” qələbə qazanmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.