24 noyabr 2012 12:16
“Xəzər Lənkəranla oyun bizim üçün son şansdı”
“Lənkəran klubu ilə görüş ağır olacaq. Rəqib güclü komandadı”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şahin Kərimov deyib.
Futbolçu “Xəzər Lənkəran”la oyunun onlar üçün son şans olduğunu bildirib: “Oyuna çox ciddi hazırlaşmışıq. Deyə bilərəm ki, qarşıdakı oyun bizim üçün sonuncu şansdı. Mütləq qələbə qazanıb, üç xal götürməliyik. Bunun üçün məşqlərdə əziyyət çəkmişik”.
