24 noyabr 2012 12:28
Braziliya yığması başsız qaldı
Braziliya Futbol Federasiyasının keçirdiyi iclasdan sonra ölkənin əsas komandasının baş məşqçisi Mano Menezes istefaya göndərilib. Azerisport.az xəbər verir ki, buna səbəb yığmanın 2011-ci ildə “Copa America”da və 2012-ci ildə Olimpiya oyunlarında uğursuz çıxış etməsidi.
Artıq Menezesin yerinə kimin gətiriləcəyi bəlli olmaq üzrədi. “Corinthians”ın baş məşqçisi Tite, “Santos”un çalışdırıcısı Murisi Ramalyo və ya Felipe Skolarinin millinin başına keçəcəyi bildirilir.
