24 noyabr 2012 12:33
Premyer Liqada növbəti istefa
Futbol üzrə İngiltərə Premyer Liqasında işləri heç də yaxşı getməyən QPR-in baş məşqçisi Mark Hugeslə yollar ayrılıb. Azerisport.az xəbər verir ki, öz meydanında çempionatın ən zəif komandalarından biri “Southampton”la oyunda alınan yenilgi Hugesin istefası ilə nəticələnib.
QPR-in boş qalmış baş məşqçi postuna ən real namizəd kimi Harri Rednap göstərilir. Bu mövsüm Premyer Liqaya vəsiqə qazanan QPR-in hələ qələbəsi yoxdu.a
