25 noyabr 2012 00:41
Mitroviç Neftçi ilə oyundakı hərəkətinə görə üzr istədi
Serbiyanın “Partizan” klubunun hücumçusu Aleksandr Mitroviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyundakı hərəkətinə görə üzr istəyib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən bilirəm ki, qırmızı vərəqə almaqla düzgün iş görmədim. Amma mən həmin epizodda heç bir “kriminal” addım atmamışdım. Sadəcə, “Neftçi”nin futbolçularından topu alıb, cərimə zərbəsinin qeydə alındığı yerdən yerinə yetirmələrini xahiş etdim. Hakim isə mənim cərimə zərbəsindən narazı qaldığımı düşünməyə başladı. Həmin anda da özümdən çıxdım. İstənilən halda belə hərəkət etməməliydim. Məşqçilərimizdən, rəhbərlikdən və azarkeşlərimizdən üzr istəyirəm”.