25 noyabr 2012 00:52
Xaqani Məmmədov: O hakimlə bağlı qərarı gələn həftə açıqlayacağıq
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Fərid Məmmədovun hakimlikdən kənarlaşdırılması ilə bağlı xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, Birinci Divizionun son turunun “Neftçala” – “Şuşa” matçındakı qərəzli hakimliyi ilə yadda qalan referi ilə bağlı bunları dilə gətirib:
“Bu oyun noyabrın 23-də keçirilib. Mən hələ həmin oyuna baxmamışam. Hakimin günahının olub-olmadığını gələn həftənin əvvəli müəyyənləşdirəcəyik. Yalnız bundan sonra Fərid Məmmədovla bağlı yekun qərarı açıqlayacağıq”.