24 noyabr 2012 13:58
Vidadi Rzayev: Neftçi üçün Milanda əldə olunacaq heç-heçə də böyük uğur olacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vidadi Rzayev azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi”nin Serbiya “Partizan”ı ilə oyununuz xoşunuza gəldi?
- Möhtəşəm oyun idi. “Neftçi” özünün ən yaxşı oyunlarından birini sərgilədi. Komandanın sadəcə bəxti gətirmədi. İmamverdiyevlə Vobay ələ düşən qol epizodlarını dəyərləndirsəydi, hər şey tam fərqli ola bilərdi. Amma “Neftçi” çoxlu qol şanslarını boşa verdi. “Partizan”ın isə heç qol vurmaq şansı da yox idi. Bir hücum etdilər, onda da qol vurdular. Nəticə oyuna görə olmadı. Çempionumuz iki xal itirdi.
- Sizcə, beş oyuna 2 xal normaldı?
- “Neftçi”nin qrup mərhələsinə vəsiqə qazanmasının özü böyük uğurdu. Biz indi bu komandadan Milan “İnter”i, Rusiya “Rubin”i kimi komandalar üzərində qələbə tələb edə bilmərik. Özünüz də bilirsiz ki, onlar nə qədər güclü çempionatların iştirakçılarıdılar. İlk mövsüm üçün bu, tamamilə normaldı.

- “Ağ-qaralar”ın heyətində daha çox kimin oyununu xüsusi qeyd edərdiniz?
- Böyükağa Hacıyev yaxşı komanda formalaşdırıb. Amma heyətdə Vobayla Flavinyo daha çox diqqət çəkir. Havanı onlar müəyyənləşdirirlər.
- Böyükağa Hacıyev yaxşı komanda formalaşdırıb. Amma heyətdə Vobayla Flavinyo daha çox diqqət çəkir. Havanı onlar müəyyənləşdirirlər.
- Vobayı indi “Xəzər Lənkəran”dakı dönəmlə müqayisədə daha yaxşı saymaq olar?
- Əlbəttə. Cənublular onu buraxmaqla böyük səhvə yol verdilər. İmamverdiyevlə Sadiqovun da çıxışı xoşuma gəlir. Bertuçi, Kanales pis oynamadılar.
- “Neftçi” növbəti mövsüm yenidən qrup mərhələsinə vəsiqə qazana bilər?
- Əgər “Neftçi” indiki durumunda qalsa, çox şeyə nail ola bilər. Sadəcə, qışda bir neçə transfer etmək lazımdı. Bu, mütləqdi. İnanıram ki, komanda növbəti mövsüm uğurunun davamını gətirəcək. Bu sıraya digər klublarımızın da qoşulması daha yaxşı olardı.
- Milan “İnter”i ilə səfər matçından nə gözləmək olar?
- Çoxları hesab edir ki, “İnter” artıq “Neftçi”ni məğlub edib. Amma mənə elə gəlir ki, komandamız səfərdə layiqincə mübarizə aparmağa hazırdı. Özü də “İnter” artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Bu oyun onlar üçün elə də ciddi əhəmiyyət daşımayacaq. Bizim üçün isə Milanda əldə olunacaq heç-heçə də böyük uğur sayılacaq.
- Çempionatı izləyirsiz?
- Mövsümün sonuna hələ 18 tur var və çox şey dəyişə bilər. Hazırda “İnter”in sərgilədiyi futbol mənim xoşuma gəlir. “Xəzər Lənkəran”la “Bakı” isə hələ artırmalıdı. “Qəbələ”dən də uğur gözləyirəm. Mənə elə gəlir ki, medallar uğrunda dörd klub mübarizə aparacaq: “Neftçi”, “İnter”, “Qəbələ” və “Qarabağ”.

- Çempionatın bombardirləri sırasında yalnız legionerlərin yer almasına münasibətiniz necədi?
- Bu, çox pisdi. Hücumçu çatışmazlığı futbolumuzun ən böyük problemlərindən biridi. Yerli forvardlar ümidləri doğrultmurlar. Elə təəssürat yaranır ki, Premyer Liqada yalnız əcnəbilər çıxış edir.
- Bu, çox pisdi. Hücumçu çatışmazlığı futbolumuzun ən böyük problemlərindən biridi. Yerli forvardlar ümidləri doğrultmurlar. Elə təəssürat yaranır ki, Premyer Liqada yalnız əcnəbilər çıxış edir.