25 noyabr 2012 02:26
Azərbaycan klubu BBC-nin diqqət mərkəzində
Dünyanın aparıcı media qurumlarından olan BBC (British Broadcasting Company) "Bakı" futbol klubunun bir-birinin ardınca reallaşdlrdığı dünya səviyyələri layihələri diqqətdən kənar qoymayıb. Azerisport.az xəbər verir ki, fəallığı ilə artıq Azərbaycan sərhədlərini aşan "Bakı" futbol klubunun "Atletico" Madrid klubu ilə imzaladığı müqavilə və bu müqavilə çərçivəsində azərbaycanlı futbolçular üçün açılan yeni perspektivlər söhbət mövzusu olub.
"Bakı" futbol klubunun media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyevin müsahibəsi üzərində qurulan materialda klubun qısa müddətdə dünya səviyyəli infrastruktur yaratması, klub rəhbərliyi və şəxsən klubun prezidenti Hafiz Məmmədovun Azərbaycanda futbolun inkişafı istiqamərində attığı effektiv addımlar barədə ətraflı məlumat verilib.
BBC-nın yaydığı məlumatda deyilir: “Cənab Mehdiyev BBC-yə deyib ki, “Bakı” İspaniyanın "Atletico" Madrid klubu ilə imzaladığı müqavilə əsasən, yüzlərlə azərbaycanlı uşaq Atletico futbol akademiyasında təhsil alacaq və buna görə yaxın zamanlarda Azərbaycan futbolunda ciddi dönüş olacaq. Əsas məqsəd 2012-cı ildə Azərbaycanda təşkil olunacaq UEFA U-17 Avropa çempionatında ölkəmizi layiqincə təmsil etməkdi”.
Klub rəsmisi BBC-yə verdiyi müsahibədə Vüqar Hüseynzadənin komandanın menceri vəzifəsinə təyin olunmasına münasibət bildirib: "Vüqar Hüseynzadənin bu vəzifəyə seçilməsi klubun Avropada və dünyada özünəlayiq yer təyin etmək üçün görülən işlərin bir hissəsidir və bu məqsədə nail olmaq üçün kadrlar lazımdı. Bu səbəbdən biz klubumuza gənc, müasir baxımlı, kreativ düşüncəli insanları cəlb etməyə, idarəçiliyi yüksəltməyə çalışırıq".
