25 noyabr 2012 02:58
9999-cu qol vuruldu, qaldı 10 mininci
Futbol üzrə Azərbaycan çempionatları tarixində vurulan qolların sayı 9999-a çatıb. Azerisport.az xəbər verir ki, bu tura qədər 9995 qolun vurulduğu milli birincilikdə daha 4 dəfə top qapıdan keçib.
“Xəzər Lənkəran”dan Branimir Subaşiç “Kəpəz”in, “Turan”dan Salif Ballo “Qarabağ”ın, Mikayıl Rəhimov öz, “Simurq”dan isə Zdravko Popoviç “İnter”in qapısına yol tapıb.
Beləliklə, yubiley qolu bazar gününə qalıb. Baş tutacaq üç oyunda vurulacaq ilk qolu çempionatlarımızın tarixinə 10 mininci qol kimi düşəcək. Böyük ehtimalla bu qol “Bakı” – “Neftçi” derbisində vurulacaq. Günün ilk oyunu olan bu qarşılaşma digərlərindən tez – saat 14:20-də başlayacaq. Bu qarşılaşmada qol vurulmasa, azarkeşlər saat 16:00-da başlayacaq AZAL – “Sumqayıt” və 2 saat sonra start veriləcək “Rəvan” – “Qəbələ” oyununu gözləməli olacaq.
