25 noyabr 2012 19:53
Derbini Neftçi qazandı, AZAL büdrədi, Qəbələ qalib gəldi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə də üç qarşılaşma baş tutub.
Turun ən prinsipial görüşlərindən biri “Bakı” ilə “Neftçi” arasında keçirilib. "Neftçi" qarşılaşmadan qalib ayrılmağı bacarıb. AZAL bu tur “Sumqayıt”la üz-üzə gəlib. Vaqif Sadıqovun yetirmələri ilk dövrədə olduğu kimi, yenə bu rəqibinə qalib gələ bilməyib. Son turların yüksəlişdə olan komandaları - “Rəvan”la “Qəbələ”nin duelindən isə qonaqlar qalib ayrılıblar.
Topaz Premyer Liqası
14-cü tur
25 noyabr (bazar)
RƏVAN – QƏBƏLƏ - 1:3 (1:2)
Qollar: V.Mendi, 13 (0:1), T.Mikayılov, 24 (1:1), S.Barlay, 36-öz qapısına (1:2), L.R.Assis, 71-pen (1:3)
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
Bakı. Bayıl Arena.
Oyun başladı
3. V.Mendinin hesabı açmasına son anda D.Kərimi mane olur
6. Kamananın zərbəsini yenə qapıçı tutur
10. "Qəbələ" oyuna daha fəal başlayıb
12. Assisin təhlükəli ötürməsini tora qovuşduran tapılmır
13. "Qəbələ" mübahisəli qol vurur. Mendinin zərbəsi zamanı müdafiəçilər topu çətinliklə də olsa, uzaqlaşdırırlar. Amma yan xətt hakimi həmin epizodda topun qapı xəttini keçdiyini iddia edir - 0:1
20. "Qəbələ" qoldan sonra da topa nəzarəti əldə saxlayır
24. T.Mikayılov əks-hücum zamanı rəqib qapısına yol tapır - 1:1
30. "Rəvan" getdikcə təşəbbüsü ələ alır
36. Qonaqların uzaq məsafədən cərimə zərbəsi zamanı Barlay avtoqol müəllifi olur - 1:2
38. Dodo sarı vərəqə ilə cəzalanır
42. Assis əlverişli vəziyyətdə qapıya yaxşı zərbə endirə bilmir və qapıçı topu tutur
44. R.Abdullayev birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. Ü.Abbasov Dodonun ötürməsini dəqiq zərbəylə tamamlaya bilmir
60. "Rəvan" təzyiqi artırsa da, müdafiəyə çəkilən qonaqların müqavimətini qıra bilmir
65. "Qəbələ" artıq sırf əks-hücumlara üstünlük verir
68. "Rəvan" hesabı bərabərləşdirməyə çox yaxın olsa da, Torresin həlledici zərbəsi hədəfdən yan keçir
71. "Rəvan"ın da kapitanı meydandan qovulur. Hodziç Dodonu cərimə meydançasında yıxdığı üçün penaltiyə səbəb olur
71. Assis penaltini dəqiq yerinə yetirir - 1:3
72. N.Qurbanovu A.Quluzadə əvəzləyir
74. Dodonun zərbəsi tirə dəyib meydandan çıxır
76. N.Vidakoviçi Ş.Suma əvəzləyir
82. Kamananı B.D.Silva əvəzləyir
86. Dodonun zərbəsi yenə dirəkdən dönür
88. Zədələnən Dodonu Ş.Xəlilov əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. A.Çertoqanovu Y.Abuzərov əvəzləyir
Matç başa çatdı
RƏVAN: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 18. Samuel Barlay, 22. Tofiq Mikayılov, 14. Juan Manuel Varela, 4. Ekrem Hodziç (k), 20. Kristian Torres, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 26. Fransis Bosman, 9. Vüsal Qarayev, 28. Amit Quluzadə.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes Assis, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 5. Muammer Erdoğdu, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 8. Bruno Da Silva, 38. Muşfiq Teymurov.
AZAL – SUMQAYIT - 1:1 (1:1)
Qollar: P.F.Azad, 3 (0:1) Z.Benuahi, 9-pen (1:1)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Elvin Əsgərov.
Bakı. AZAL Arena.
Oyun başladı
3. P.F.Azad dəqiq zərbə ilə hesabı açır - 0:1
9. Benuahi penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirir - 1:1
18. "Sumqayıt" kornerdən yararlana bilmir
27. O.Səfiyaroğlunun zərbəsini qapıçı tutur
31. S.Alxasov sarı vərəqə alır
32. Benuahinin cərimə zərbəsindən ötürməsini Arsenyeviç tora qovuşdura bilmir
33. E.Sadıqov rəqibin korner vuruşu zamanı əla reaksiya ilə Nildonun qola sevinməsinə mane olur
35. O.Klyava sarı vərəqə alır
40. Komandalar kifayət qədər fəallıq nümayiş etdirsələr də, qol vəziyyətləri çox azdı
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. A.Muxtaroğlunu E.Cəfərquliyev əvəzləyir
49. C.Tağıyevin təhlükəli cərimə zərbəsini son anda qapıçı kornerə çıxarır
52. "Sumqayıt" korner qazanır. Amma qonaqlar bundan yaxşı istifadə edə bilmirlər
52. M.Mirzəbəyov sarı vərəqə ilə cəzalanır
59. "Sumqayıt"ın çox təhlükəli hücumu zamanı top Ndukanın əlinə toxunsa da, hakim penalti təyin etmir
60. Qonaqlar kornerdən yararlana bilmirlər
62. P.F.Azad dubl etməyə yaxın olsa da, həlledici zərbəsi hədəfdən yan keçir
63. O.Səfiyaroğlunu O.Həsənov əvəzləyir
68. AZAL korner vuruşundan yararlana bilmir
76. C.Tağıyevi R.Tağızadə əvəzləyir
79. M.Ağayevin zərbəsi qapıdan yan keçdi
85. AZAL demək olar ki, hücumda heç nə edə bilmir. Əvəzində qonaqlar kifayət qədər fəaldılar
87. R.Qurbanovu S.Allahquliyev əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. R.Tağızadə sarı vərəqə alır
Matç başa çatdı
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 15. Oskar Klyava, 20. Branislav Arseniyeviç, 11. Zohair Benuahi, 17. Viktor İbekoyi, 7. Cavid Tağıyev, 19. Orxan Səfiyaroğlu, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 23. Tural Nərimanov, 22. Ruslan Tağızadə, 28. Artur Patraş, 77. Arif İsayev, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Salvik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 27. Ramil Həşimzadə, 70. Şamil Camaləddinov, 95. Ruslan Nəsirli.
BAKI – NEFTÇİ - 1:2 (0:0)
Qollar: E.Məmmədov, 60 (1:0), N.Kanales, 62-pen (1:1), Flavinyo, 90+3 (1:2)ş
Hakimlər: Elçin Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
5. Çesnauskinin qapı qarşısına ötürməsi S.Stamenkoviçdə qalır
6. "Neftçi" hələ ki, topa daha çox nəzarət edir
10. Karqbonun çox kobud səhvindən sonra Kanales cari mövsümdə 12-ci qolunu vurmağa çox yaxın olsa da, son anda Nuredinoski buna mane olur
12. Meydan sahiblərinin hücumu zamanı Stamenkoviç komandasını qoldan xilas edir
14. "Neftçi" oyunda ilk korner zərbəsini yerinə yetirir: top qapıçıda qalır
20. İ.Mitreski zədələndiyi üçün oyunu davam etdirə bilmir və onu M.Seyidov əvəzləyir
29. "Neftçi" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: Vobayın zərbəsi çox bərbad alınır
36. "Bakı" da cərimə zərbəsi qazanır. Stamenkoviç çıxışda yaxşı oynayır
37. Xavyer Juniorun zərbəsi qapıdan azca yan keçir
40. Maraq üçün xatırladaq ki, "Neftçi"ni bu oyuna baş məşqçi Böyükağa Hacıyev cəzalı olduğundan onun köməkçisi Tərlan Əhmədov çıxarıb
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
Qarşılaşmanın ilk yarısı demək olar ki, qol vəziyyətləri baxımından çox kasad oldu
İkinci hissə başladı
52. D.Çesnauski sarı vərəqə alır
54. Bertuççinin cərimə zərbəsi qapıdan yan keçir
57. "Neftçi"nin ardıcıl iki korner vuruşu qol gətirmir
60. Juninyonun ideal ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan E.Məmmədov hesabı açır - 1:0
Qeyd edək ki, bu, Azərbaycan çempionatları tarixində 10 000-ci qoldu!
62. Karqbo C.İmamverdiyevi cərimə meydançasında yıxdığı üçün penaltiyə səbəb olur
62. N.Kanales penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir - 1:1
71. Çesnauskini A.Şoliç əvəzləyir
72. Nuredinoski təhlükəli zəbəni kornerə çıxarmaaqla komandasını qoldan xilas edir
76. E.Mehdiyev əllə oyuna görə sarı vərəqə alır
77. Edemirin təhlükəli ötürməsini Stamenkoviç tutur
77. "Bakı"da R.Hacıyevi T.Qürbətov əvəzləyir
78. T.Qürbətov topa ilk toxunuşundaca qol vura bilərdi. Son anda onun zərbəsi qapıdan azca yan keçir
79. Juniorun zərbəsini qapıçı tutur
80. Horvatın möhtəşəm zərbəsini Stamenkoviç kornerə çıxarır
81. C.İmamverdiyevi A.Abdullayev əvəzləyir
86. Kanalesin zərbəsi dəqiq olmur
87. R.Abbasovu N.Məmmədov əvəzləyir
88. N.Məmmədov oyuna girən kimi Vobaya qarşı çox kobud oynadığı üçün qırmızı vərəqə alaraq meydandan qovulur
89. A.Abdullayevin cərimə zərbəsi dəqiq olmur
90+3. Vobayın ötürməsini Flavinyo dəqiq zərbə ilə qola çevirir - 1:2
90+5. "Bakı" çox təhlükəli nöqtədən cərimə zərbəsi qazansa da, Şoliç bundan yararlana bilmir
Matç başa çatdı
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Xavyer Junior Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 21. Novruz Məmmədov, 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç, 18. Tural Qürbətov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov.
Turun digər oyunlarının nəticələri: Qarabağ – Turan – 1:1, Kəpəz – Xəzər Lənkəran – 0:1, Simurq – İnter – 1:0.
| 1 | İnter | 13 | 6 | 5 | 2 | 13 | 6 | +7 | 23 |
| 1 | Simurq | 14 | 6 | 5 | 3 | 16 | 9 | +7 | 23 |
| 3 | Qəbələ | 14 | 6 | 4 | 4 | 18 | 15 | +3 | 22 |
| 4 | Qarabağ | 14 | 5 | 6 | 3 | 18 | 15 | +3 | 21 |
| 5 | Neftçi | 11 | 7 | 0 | 4 | 26 | 14 | +12 | 21 |
| 6 | XL | 13 | 5 | 4 | 4 | 18 | 11 | +7 | 19 |
| 7 | AZAL | 13 | 4 | 5 | 4 | 17 | 14 | +3 | 17 |
| 8 | Rəvan | 14 | 4 | 4 | 6 | 14 | 21 | –7 | 16 |
| 8 | Turan | 14 | 4 | 4 | 6 | 14 | 19 | –5 | 16 |
| 10 | Sumqayıt | 14 | 3 | 5 | 6 | 12 | 27 | –15 | 14 |
| 11 | Bakı | 12 | 2 | 7 | 3 | 11 | 10 | +1 | 13 |
| 12 | Kəpəz | 14 | 2 | 3 | 9 | 8 | 24 | –16 | 9 |
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi).
8 - Franko Nildo (AZAL).
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).
4 - Dimitris Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ), Julius Vobay (Neftçi).
