25 noyabr 2012 17:49
“Yeni tarix yazmaq, ÇL-də etmək üçün qələbələr qazanmalıyıq”
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 14-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Avroliqanın son oyunundan sonra komandanın bərpa olması üçün vaxt yox idi. Artıq bizim üçün çempionat oyunları vacibdir. Qarşımıza 3 xal qazanmaq məqsədi qoyulmuşdu. Bu cür oyunlar Premyer Liqaya rəng qatır. Qarşıdakı oyunlara da qələbə əzmi ilə çıxacağıq. Avroliqa artıq tarixdə qaldı, yeni tarix yazmaq üçün, Çempionlar Liqasında çıxış etmək üçün qələbələr qazanmalıyıq. Bugünkü oyunda Mahir Şükürov və Erik Ramos çıxış etməsə də, onları əvəzləyən futbolçular uğurlu çıxış etdilər”.
