25 noyabr 2012 18:11
Bojidar Bandoviç: Oyun heç-heçə ilə bitməliydi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox güclü rəqiblə qarşılaşdıq, baxımlı oyun alındı. Komandamdan razı qaldım, xüsusilə ikinci hissədə yaxşı oynadıq. Qol vurub hesabda irəli çıxdıq. İkinci qolu buraxmamalıydıq. Fikrimcə, oyun bərabərə bitməli idi”.
