25 noyabr 2012 18:46
“Neftçiyə məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 14-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyunun şahidi olduq. Keçən turdakı məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq. Hər iki komanda hücum futbolu oynadı. AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi. Bir xal qazana bildik, hər iki komandanı təbrik edirəm”.
