25 noyabr 2012 18:52
Vaqif Sadıqov: Heç-heçəni yaxşı nəticə saymaq olar
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 14-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Sumqayıt” güclü komandadır, bizimlə oyunları həmişə gərgin mübarizədə keçir. Heç-heçəni yaxşı nəticə saymaq olar. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Müəyyən problemlərimiz var. İlk altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”.
