25 noyabr 2012 20:47
Ramiz Məmmədov: Onunla bağlı tədbir görəcəm
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 14-cü turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandama təşəkkürümü bildirirəm, Rəşad Abdullayev qırmızı vərəqə alandan sonra onun yerini boş qoymadılar. Futbolçu həyatı cəzasız olmur, Rəşad əsəblərinə hakim olmadı və haqlı olaraq qırmızı vərəqə aldı. Buna görə tədbir görəcəm”.
