25 noyabr 2012 20:55
Kemal Alispahiç: Komandamı cəsur oyuna görə təbrik edirəm
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 14-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamı cəsur oyuna görə təbrik edirəm. Oyunun başlanğıcında bizim üçün çətin oldu, qapımızdan qol buraxdıq. Lakin özümüzü toparlayıb, bərabərlik qolunu vura bildik. Oyun bərabər gedirdi, buraxdığmız ikinci qol isə bizi “sındırdı”. İkinci hissədə rəqib əks-hücumlarda oynadı. Torresin hesabı bərabərləşdirmək üçün imkanı olsa da, yararlana bilmədi. “Qəbələ” bu gün güclü komanda olduğunu sübut etdi”.
