25 noyabr 2012 11:43

Vəli Qasımov: Bu oyunla Neftçi ardıcıl üçüncü dəfə də çempion ola bilər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Vəli Qasımov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin Avropa Liqasında Serbiya “Partizan”ı ilə oyunu necə təsir bağışladı?
- “Neftçi” bu mövsüm avrorkuboklardakı ən yaxşı oyunlarından birini keçirdi. Komanda möhtəşəm oynadı. Etiraf etmək lazıımdı ki, “Partizan” da zəif deyildi. “Neftçi”nin bu oyunda qələbəyə oynaması məni sevindirir. Düzünü deyim ki, son dəqiqələrdə qələbə qolunu vuracağımızı gözləyirdim.
 
- Sizcə, hesab oyuna görə oldu?
- Fikrimcə, oyuna görə “Neftçi” qələbəyə daha çox yaxın idi, nəinki “Partizan”. Ev oyununda iki xaı itirdik. “Partizan” heç normal hücum edə bilmirdi. Bircə şansından yararlanıb, qol vurdu. Vaxtında ikinci qolu vurmaq lazım idi. Onda heç bir problem çıxmazdı.
 
- Bu oyunda kim ümidləri doğrultdu? Legionerlər, yoxsa yerlilər?
- Kanales və Araz Abdullayev daha yaxşı çıxış edə bilərdi. Bertuççi ilə Flavinyo isə yaxşı çıxış etdi. Nəzərə almaq lazımdı ki, komandada yorğunluq da var idi.

- Belə bir fikir var ki, “Neftçi” Avropa Liqasına hazır deyildi...
- Biz yayda nə istəyirdik? Sadəcə bir klubumuzun Avroliqanın qrup mərhələsinə düşməsini. İndi isə “Neftçi”nin qrup mərhələsindəki bütün rəqiblərini məğlub etməsini istəyirik. Mən belə düşünürəm ki, komanda qrup mərhələsindəki ilk mövsümü üçün çox yaxşı təsir bağışladı. Belə oyunla bu komanda ardıcıl üçüncü dəfə çempion olmağa da yaxındı.
 
- Yeri gəlmişkən, “Neftçi” ilə çempionluq yolunda hansı komanda rəqabət apara bilər?
- Çempionatda çox güclü klublar var. Məsələn, “İnter”. Onların oyununa simpatiyam var. “Qarabağ”ın böyük təcrübəsi var. Amma dəqiq qiyməti dekabrdan sonra vermək olar.
 
- Sizcə, bu mövsüm qeydə alınan çoxsaylı sürprizlərin səbəbi nədi?
- Favoritlərin heç də sabit oyun sərgiləməməsi. Rəqabətin artması sevindirici məqamdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.