25 noyabr 2012 12:15
Qəbələ yenə Tiflis Dinamosu ilə bacarmadı
Təlim-məşq məqsədi ilə olkəmizə səfər edən Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün “Qəbələ”li həmyaşıdları ilə ikinci yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili fərqlənib.
Xatırladaq ki, “Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdı. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.
