26 noyabr 2012 00:26

Qarabağ, AZAL və Bakıya Qəbələ nümunəsi

Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 14-cü turun oyunlarından üçü şənbə, qalan üçü isə bazar gününə təsadüf etdi.
 
İlk oyun günü çempionatın lideri “İnter”in səfərdə əsas izləyicilərindən biri olan “Simurq”a məğlub olmasıyla əlamətdar oldu. Qeyd edək ki, oyun öncəsi “bankirlər” Zaqatala klubunu 3 xal qabaqlayırdı. Bölgə təmsilçisi qələbə qazanmaqla yenidən zirvəyə şərik olacaqdı. Bu, həm də ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq baxımından önəmliydi. Çoxları üçün gözlənilməz olsa da, 90 dəqiqənin tamamında qələbə məhz Georgi Çixradzenin yetirmələrinə qismət oldu. Hansı ki, bu, “Simurq”un Azərbaycan çempionatları tarixində “İnter” üzərindəki ilk qələbəsi oldu. Beləcə, “qardaş” komandalar hesab olunan bu iki kollektiv turnir cədvəlində zirvəyə şərik oldular.
 
Liderin digər izləyicisi “Qarabağ” bu tur “Turan”la qarşılaşdı. Qarşılaşma öncəsi Ağdam klubu əsas favorit sayılırdı. Amma qarşılaşma Qurban Qurbanovun komandası üçün gözləniləndən də çətin keçdi. Hesabda geri düşən ağdamlılar yalnız son dəqiqələrdə avtoqol sayəsində bir xal qazanmağı bacardılar. Əfqan Talıbovun gəlişindən sonra bundan əvvəlki turda yalnız “İnter”ə uduzan Tovuz təmsilçisi yenə sürpriz etməyi bacardı. Bu, ilk dövrədə Tovuzdakı məğlubiyyətin qisası kimi də qəbul oluna bilər. “Qarabağ” isə hələ də qeyri-sabit çıxışına davam edir.
 
İlk oyun gününün daha bir maraqlı görüşü Gəncədə baş tutdu. Burda turnir cədvəlinin zirzəmisində qərarlaşmış “Kəpəz” cari mövsümün qeyri-sabit çıxışı ilə seçilən daha bir komandası - “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirdi. İspaniyalı Karles Bakesin rəhbərliyi altındakı ilk görüşündə “Bakı”ya uduzan “ağ-yaşıllar” nəhayət bu görüşdə ona qələbə sevinci yaşada bildilər. Beləcə, cənub təmsilçisi ilk altılığa qayıtmağa nail oldu.
 
İkinci oyun günü paytaxt derbisiylə başladı. Ölkə kubokunun son qalibi “Bakı” Azərbaycan çempionu “Neftçi”ni qəbul etdi. Qarşılaşmada hesabı meydan sahibləri açdılar. Amma bir neçə gün öncə Avropa Liqasında Serbiya “Partizan”ı ilə ağır oyundan çıxmış “ağ-qaralar” cəzalı durumda olan baş məşqçisi Böyükağa Hacıyevin yoxluğunda əzmkar qələbə qazanmağı bacardılar. Bu qələbə sayəsində “Neftçi” oynanılmamış qarşılaşmalarına əsasən hələ də potensial liderliyini qoruyur. “Zolaqlılar” isə heç vəchlə autsayderlər qrupundan çıxa bilmir. Maraq üçün onu da qeyd edək ki, bu görüşdə həm də Azərbaycan çempionatları tarixinin 10 000-ci qolu vuruldu. Həmin qolun müəllifi isə məhz derbidə hesabı açan Elvin Məmmədov oldu.
 
“Bakı” kimi uğursuzluq zolağına düşən AZAL bu dəfə “Sumqayıt”ı qəbul etdi. Paytaxt təmsilçisi ilk dövrədə bu rəqiblə görüşdə xal itirdiyindən, eyni aqibəti yaşamamağı hədəfləmişdi. Bu, həm də son dövrlərdəki uğursuz gedişata son qoymaq baxımından önəmli idi. Amma Vaqif Sadıqovun yetirmələri bu görüşdə də 3 xala sevinə bilmədilər. Nəticədə “təyyarəçilər” ilk altılıqdan aralı düşdü. “Sumqayıt” isə favoritlərdən xal almaqda davam edir.

Turun daha bir maraqlı görüşü “Rəvan”la “Qəbələ” arasında keçirildi. Bölgə təmsilçisi ilk dövrədə bu rəqibinə evdə uduzduğundan qisas almaq arzusundaydı. Ramiz Məmmədovun rəhbərliyi altında son dövrlər uğurlu seriya yaxalayan qəbələlilər bu görüşdə də istəklərinə çatdılar. Nəticədə, bu komanda dördüncü ardıcıl qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldi. “Aslanlar” isə qeyri-sabit çıxışına son qoymaq üçün hələ daha çox çalışmalıdı.

Topaz Premyer Liqası
14-cü tur
 
KƏPƏZ – XƏZƏR LƏNKƏRAN - 0:1 (0:1)
Qol: B.Subaşiç, 8-pen (0:1).
Sarı vərəqələr: Xəyal Zeynalov, 8 (qeyri-idman hərəkəti), Nikolay Svejentsev, 40 (qeyri-idman hərəkəti) - Adrian Pit, 15 (qeyri-idman hərəkəti), Elnur Abdullayev, 45 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor:  Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
24 noyabr 2012. Gəncə. Şəhər stadionu. 2000 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov (k), 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli (4. Azər Məmmədov, 35), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov (30. Yuri Fomenko, 46), 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 19. Atin Abdullayev (20. Emin Əliyev, 25), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov, 23. Vüqar İbrahimov.
Baş məşqçi: Mahmud Qurbanov.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç (17. Kazım Kazımlı, 90+1), 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 20. Elnur Cəfərov, 3. Vanderson Skarduelli, 11. Dimitris Sialmas.
Baş məşqçi: Karles Bakes
 
QARABAĞ – TURAN - 1:1 (0:0)
Qollar: S.Ballo, 69 (0:1), M.Rəhimov, 85-öz qapısına (1:1).
Sarı vərəqələr: Muarem Muarem, 90+4 (qeyri-idman hərəkəti), Budaq Nəsirov, 72 (qeyri-idman hərəkəti), Ender Günlü, 75 (qeyri-idman hərəkəti), Antonio Rukavina, 81 (hakimin qərarına etiraz), Marius Kazlauskas, 90+4 (qeyri-idman hərəkəti), Fərid Quliyev, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor:  Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
24 noyabr 2012. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 72), 7. Namiq Yusifov (70. Vaqif Cavadov, 60), 10. Muarem Muarem, 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 66), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Turan: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 10. Hafiz Əliyev (k) (22. Salif Ballo, 66), 13. Marius Kazlauskas, 14. Ender Günlü (25. Nuqzar Kvirtiya, 82), 21. Antonio Rukavina, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 9. Murad Ağakişiyev, 19. Asəf Qədiri, 23. İrakli Beraya, 17. Fərmayıl Əliyev.
Baş məşqçi: Əfqan Talıbov.
 
SİMURQ – İNTER - 1:0 (0:0)
Qol: Z.Popoviç, 56 (1:0).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor:  Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
24 noyabr 2012. Zaqatala. Şəhər stadionu. 1200 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 3. Rasim Ramaldanov (k), 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç (19. Nicat Qurbanov, 65), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı (24. Mehman Məmmədov, 73), 79. Nenad Stoyanoviç (20. Rəşad Eyubov, 80).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 35. Məhəmməd Alıyev, 4. Dilaver Zrnanoviç, 23. Arzuman Nəsibov.
Baş məşqçi: Georgi Çixradze.
İnter: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze (k) (29. Ruslan Cəfərov, 33), 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 46), 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Daniel Genov, 67), 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 13. Coşqun Diniyev, 77. Ramil Mansurov, 87. Azər Salahlı.
Məşqçi: Roman Cəfərov.
 
BAKI – NEFTÇİ - 1:2 (0:0)
Qollar: E.Məmmədov, 60 (1:0), N.Kanales, 62-pen (1:1), Flavinyo, 90+3 (1:2).
Sarı vərəqələr: Deyvidas Çesnauski, 52 (qeyri-idman hərəkəti), İbrahim Karqbo, 62 (qeyri-idman hərəkəti), Lukas Mario Horvat, 71 (qeyri-idman hərəkəti) - Rəşad Sadiqov, 71 (qeyri-idman hərəkəti), Flavinyo, 74 (qeyri-idman hərəkəti), Emin Mehdiyev, 76 (qeyri-idman hərəkəti), Julius Vobay, 78 (hakimin qərarına etiraz), Emil Balayev, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Novruz Məmmədov, 87 (bilərəkdən rəqibə ayaqla zərbə).
Hakimlər: Elçin Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor:  Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
25 noyabr 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 2000 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (77. Aleksandar Soliç, 21), 8. Xavyer Junior Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov (21. Novruz Məmmədov, 86), 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 99. Rəhman Hacıyev (18. Tural Qürbətov, 77).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç.
Baş məşqçi: Bojidar Bandoviç.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski (19. Mirhüseyn Seyidov, 20), 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev (17. Araz Abdullayev, 82), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov.
Məşqçi: Tərlan Əhmədov.
 
AZAL – SUMQAYIT - 1:1 (1:1)
Qollar: P.F.Azad, 3 (0:1) Z.Benuahi, 9-pen (1:1)
Sarı vərəqələr: Oskar Klyava, 36 (qeyri-idman hərəkəti), Ruslan Tağızadə, 90+3 (qeyri-idman hərəkəti) - Samir Abasov, 6 (qeyri-idman hərəkəti), Elçin Sadıqov, 8 (qeyri-idman hərəkəti), Slavik Alxasov, 31 (qeyri-idman hərəkəti), Məhəmməd Mirzəbəyov, 52 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor:  Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3  dəq.
25 noyabr 2012. Bakı. AZAL Arena. 200 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 15. Oskar Klyava, 20. Branislav Arseniyeviç, 11. Zohair Benuahi, 17. Viktor İbekoyi, 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 77), 19. Orxan Səfiyaroğlu (99. Orxan Həsənov, 63), 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 23. Tural Nərimanov, 28. Artur Patraş, 77. Arif İsayev, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu (17. Emin Cəfərquliyev, 46), 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov (11. Sabir Allahquliyev, 87), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 27. Ramil Həşimzadə, 70. Şamil Camaləddin, 95. Ruslan Nəsirli.
Baş məşqçi: Bernard Raab.
 
RƏVAN – QƏBƏLƏ - 1:3 (1:2)
Qollar: V.Mendi, 12 (0:1), T.Mikayılov, 23 (1:1), R.Abdullayev, 36 (1:2), L.R.Assis, 70-pen (1:3)
Sarı vərəqələr: Ekrem Hodziç, 44 (qeyri-idman hərəkəti), 70 (qeyri-idman hərəkəti), Samuel Barlay, 85 (qeyri-idman hərəkəti) - Daniel Lopes Kruz, 32 (qeyri-idman hərəkəti), Dodo, 38 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Ekrem Hodziç, 70 (qeyri-idman hərəkəti) - Rəşad Abdullayev, 44 (rəqibə arxadan zərbə).
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor:  Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
25 noyabr 2012. Bakı. Bayıl Arena. 1000 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç (11. Şeriff Suma, 76), 13. Şəhriyar Rəhimov, 18. Samuel Barlay, 22. Tofiq Mikayılov (9. Vüsal Qarayev, 84), 14. Xuan Manuel Varela, 4. Ekrem Hodziç (k), 20. Kristian Torres, 27. Nuran Qurbanov (28. Amit Quluzadə, 70)
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 26. Fransis Bosman.
Baş məşqçi: Kemal Alispahiç.
Qəbələ: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 10. Dodo (23. Şəhriyar Xəlilov, 88), 11. Yannik Kamanan (8. Bruno Da Silva, 82), 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov (7. Yaşar Abuzərov, 90+2), 22. Lourival Rodriqes Assis, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Muammer Erdoğdu, 21. Elmar Baxşiyev, 38. Muşfiq Teymurov.
Baş məşqçi: Ramiz Məmmədov.
 
1 İnter 13 6 5 2 13 6 +7 23
2 Simurq 14 6 5 3 16 9 +7 23
3 Qəbələ 14 6 4 4 18 15 +3 22
4 Qarabağ 14 5 6 3 18 15 +3 21
5 Neftçi 11 7 0 4 26 14 +12 21
6 XL 13 5 4 4 18 11 +7 19
7 AZAL 13 4 5 4 17 14 +3 17
8 Rəvan 14 4 4 6 14 21 –7 16
9 Turan 14 4 4 6 14 19 –5 16
10 Sumqayıt 14 3 5 6 12 27 –15 14
11 Bakı 12 2 7 3 11 10 +1 13
12 Kəpəz 14 2 3 9 8 24 –16 9
 
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi).
8 - Franko Nildo (AZAL).
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).
4 - Dimitris Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ), Julius Vobay (Neftçi).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.