25 noyabr 2012 12:49
Barcelona tezliklə Fransa çempionatında çıxış edə bilər
İspaniyanın “Barcelona” klubu yaxın illərdə Fransa çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, belə bir ehtimalla bağlı Barselonanın meri Xavyer Trias açıqlama verib.
Qeyd edək ki, son dövrlərdə Kataloniyanın İspaniyadan ayrılması məsələsi gündəmə gəlib. Yaxın gələcəkdə Kataloniyanın tam müstəqillik əldə etməsi ilə bağlı referendum da keçiriləcək. Belə olan halda dünyanın ən aparıcı klublarından olan “Barcelona”nın aqibətinin necə olacağı da böyük maraq doğurur. Sözügedən məsələyə toxunan Barselonanın meri Trias açıqlamasında komandanın aqibəti ilə bağlı bunları dilə gətirib:
“Təbii ki, Kataloniyada rəqabətədavamlı çempionat qurmaq mümkün deyil. Məhz bu üzdən “Barcelona” daha güclü ölkə çempionatlarında çıxış edə bilər. Məsələn, Fransa çempionatı bu mənada ən real variantlardan biridi”.