26 noyabr 2012 00:48
Abdullayevdən altı oyuna iki düzgün proqnoz
Futbol üzrə yığma komandamızın sabiq məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı verdiyi proqnozlardan yalnız ikisində düzgün təxmin edə bilib. Azerisport.az xəbər verir ki, o, qalan oyunların nəticəsini dəqiq müəyyənləşdirə bilməyib.
Abdullayev “Neftçi”nin “Bakı”, “Qəbələ”nin isə “Rəvan” üzərindəki qələbələrini öncədən dəqiq təxmin edib. Qalan dörd görüşlə bağlı proqnozları isə özünü doğrultmayıb.
