26 noyabr 2012 01:04
Partizan 3 xalı 4 qolla qazandı (VİDEO)
Futbol üzrə Serbiya çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Partizan” da növbəti matça çıxıb.
Vladimir Vermezoviçin yetirmələri bu dəfə “Sartid Smederevo” klubuyla üz-üzə gəlib. Doğma meydanda keçirilən qarşılaşma belqradlıların 4:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Tomiç (29 və 49-cu dəqiqələrdə), Mitroviç (31) və Smilyaniç (87) vurublar.
Bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran “Partizan” zirvədəki mövqeyini daha da möhkəmləndirib.
