27 noyabr 2012 00:05
Rail Məlikov komandasının 1 xal qazanmasına yardımçı oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 12-ci turu çərçivəsində “Karşıyaka” ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Həmyerlimizin komandası sonda məhz bu istəyinə çatıb və səfərdən 1 xalla dönüb.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Məlikov sonadək meydanda qalıb.
Qeyd edək ki, Railin komandası 13 oyuna 16 xalla 11-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
13-cü tur
26 noyabr
Karşıyaka - Denizlispor - 0:0
