25 noyabr 2012 14:09

Salif Ballo: Pul olmadığına görə futbol oynamağa həvəs yox idi

“Turan”ın hücumçusu Salif Ballo Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ”la oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun barədə nə deyə bilərsiz?
- Yaxşı oyun keçirdik. Hətta qələbə də qazana bilərdik. Amma alınmadı. Bakıdan 3 xalla qayıtmaq istəyirdik. Təəssüf ki, vurduğum qol bunun üçün yetərli olmadı.

- Eyni zamanda məğlub da ola bilərdiniz...
- Mən belə düşünmürəm. Biz onlara heç qol vəziyyəti yaratmağa da imkan vermirdik. Öz qapımıza qol vurmasaydıq, onlar ümumiyyətlə xalsız qalacaqdılar.
 
- Deyəsən, heç-heçə sizi qane etməyib...
- Nə vaxt ilk qolu vurursansa, qələbə qazanmağa çalışırsan. Amma heç-heçə də pis nəticə deyil. Çünki biz çempionatın liderlərindən birinə qarşı oynayırdıq.
 
- “Turan” son dövrlər yaxşı sürət yığıb. Özü də daha çox iddialılardan xal alırsız. Bu uğurunuzun sirri nədədi?
- Əvvəllər futbol oynamağa həvəs yox idi. Çünki sponsorsuz olduğumuzdan pul da yox idi. İndi hər şey fərqlidi. Sponsor tapılıb. Deməli, pul olacaq.
 
- Pulsuz futbol oynamaq olmur?
- Yaxşı oynamaq istəyirik ki, pul olsun.
 
- Öz çıxışınız haqda nə deyə bilərsiz?
- Məndə də son dövrlər qol vurmaq alınır. Deməli, hər şey o qədər də pis sayılmaya bilər. Öz üzərimdə işləyirəm və hər oyunda daha yaxşı çıxış etmək istəyirəm.
 
- Komandanızın ilk altılığa düşmək şanslarını necə qiymətləndirərdiniz?
- Çətin olacaq. Amma biz sürprizə imza atmaq istəyirik.
 
- Xüsusilə də yeni sponsordan sonra?
- (gülür) Əlbəttə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.