27 noyabr 2012 02:15
Neftçinin rəqibləri üçün uğursuz gün (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klublar da növbəri sınaqlarına çıxıblar.
Kazan “Rubin”i Rusiya Premyer Liqasının 17-ci turu çərçivəsində evdə “Volqa” ilə qarşılaşıb. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb və "Neftçi"nin rəqibi evdə xal itirib. Kazan təmsilçisi hazırda 31 xalla 5-ci sırada qərarlaşıb.
Milan “İnter”i isə A Seriyasının 14-cü turu çərçivəsində səfərdə “Parma”nın qonağı olub. “Neftçi”nin qrup mərhələsindəki son rəqibi bu görüşdən məğlub ayrılıb - 0:1. "İnter" hazırda 28 xalla dördüncü yerdə gedir.
