25 noyabr 2012 14:21
Premyer Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə İngiltərənin “Queens Park Rangers” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra QPR-i Harri Rednapp çalışdıracaq.
Bu mövsümə çox pis başlayan sözügedən komanda bir neçə gün öncə Mark Hugeslə yollarını ayırmışdı. İndi klub rəhbərliyi komandanı bu acınacaqlı durumdan çıxarmaq üçün Hugesin yerinə Rednapı gətirib.
Qeyd edək ki, Rednap ötən mövsüm “Tottenham”i çalışdırırdı. Onunla iki il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Rednap ötən mövsüm “Tottenham”i çalışdırırdı. Onunla iki il yarımlıq müqavilə imzalanıb.
