25 noyabr 2012 14:53
Azərbaycan kuboku: 1/8 final mərhələsinin proqramı bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu mərhələnin oyunları 28 noyabrda keçiriləcək.
Bir oyundan ibarət olacaq bu mərhələnin oyunlarının keçirilmə yeri və başlama saatları aşağıdakı kimidi:
Azərbaycan kuboku
1/8 final
28 noyabr (çərşənbə)
AZAL – “Simurq”
Bakı. AZAL Arena, 17:45
“Tərəqqi” – “Neftçi”
Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 13:00
“Qəbələ” – “Qaradağ Lökbatan”
Qəbələ. Şəhər stadionu, 13:30
MOİK – “İnter”
Bakı. “Şəfa” stadionu, 18:00
“Rəvan” – “Neftçala”
Bakı. Bayıl Arena, 18:00
“Bakı” – “Sumqayıt”
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:15
“Turan” – “Xəzər Lənkəran”
Tovuz. Şəhər stadionu, 13:00
“Kəpəz” – “Qarabağ”
Gəncə. Şəhər stadionu, 13:00
